İşin, hərəkətin icra tərzini bildirən və necə? nə cür? nə tərzdə? nə vəziyyətdə? suallarından birinə cavab verən zərflik.
Tərzi-hərəkət zərfliyi feili bağlama, feili bağlama tərkibləri, tərzi-hərəkət zərfləri, qoşmalı söz və birləşmələr, sual əvəzlikləri ilə ifadə olunur; məs.: Qatar yavaş-yavaş stansiyaya yaxınlaşdı. Sevda gülə-gülə ona yanaşdı. Tərzi-hərəkət zərfliyi ismi xəbərə də aid ola bilər. Bu zaman ismi xəbər əlamət bildirən sifətlə ifadə olunur; məs.: O, kədərli vəziyyətdə də gözəl idi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti