►Gələcək hadisələri dəqiq proqnozlaşdırmaq, gələcəkdən, olacaqlardan xəbər tutmaq.
İfadə mənşə etibarilə bütpərəstlikdən qaynaqlanaraq yayılmışdır.
Bütpərəstlərin təsəvvürünə görə, falçılar suya baxaraq insanın taleyini öyrənə, gələcəyi görə, gələcək təhlükələr haqqında xəbər verə bilərdilər. Ərə getmək arzusunda olan qızlar gələcək nişanlılarının surətini qabın içindəki suyun üzərində görməyə cəhd edərdilər. Su ilə dolu olan qabı gecə çarpayının altına qoyar, şər qüvvələri uzaqlaşdırmaq üçünsə onun içinə fındıq qabıqları, mumlar, yemək qırıntıları atardılar. Səhərlər isə durub çox diqqət və həsrətlə həmin suya baxardılar.
Bu falabaxmalara görə də bir çox dillərdə bir şeyi diqqətlə proqnozlaşdırmağı, səhvə yol verməməyi bildirmək məqsədilə «suya baxan kimi» ifadəsi işlədilir.
Məsəllər, deyimlər