►Ölkəni diktatura üsulu ilə, silaha və polis gücünə arxalanaraq idarə etmək.
İfadənin Avstriya feldmarşalı, knyaz Karl Şvartsenberqə (1171–1820) məxsus olduğu ehtimal edilir.
İdarəçilikdə daha çox polisə, orduya arxalanan avtoritar rejimlərə ünvanlanan bu deyim ilkin variantda «süngü ilə çox şey etmək, o cümlədən hakimiyyətə gəlmək olar, amma süngü üstündə oturmaq olmaz» şəklində olmuşdur. Həmin ifadəni isə 1814-cü ildə Burbonlar hakimiyyəti bərpa edildikdən sonra feldmarşal K.Svartsenberq demişdir. Həmin dövrdə knyaz Napoleon əleyhinə koalisiyanın baş komandanı olmuşdur. İfadə isə təxminən 1890-cı ildən sonra yayılmağa başlamışdır.
İfadənin Avstriya feldmarşalına deyil, onun qardaşı oğlu, 1848-ci ildə Avstriya imperiyasının nazir-prezidenti olmuş knyaz Feliks Şvartsenberqə məxsus olduğunu iddia edənlər də vardır. Bu iddia şahzadə Fransua Orleanın «Köhnə xatirələr»ində (1894) öz təsdiqini tapmışdır. Əlbəttə, bu ehtimallardan asılı olmayaraq ifadə müasir siyasi leksikonda öz yerini tutmuşdur.
Məsəllər, deyimlər