Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

subtropik iqlim

lat. sub – alt, yan + yun. tropikos – dönmə, dolanma

Subtropik enliklərin qışda mülayim, yayda tropik hava kütlələrinin üstünlüyü ilə xarakterizə olunan iqlimi.

S.İ. şəraitində orta aylıq temperatur 0...+5°C ilə +20...+25°C arasında dəyişir, qış aylarında bəzən şaxtalar düşür, yağıntıların miqdarı və rejimi okean sahillərindən materiklərin içərilərinə doğru əhəmiyyətli dərəcədə dəyişir. Antarktida materiki istisna olmaqla bütün materiklərdə zolaq kimi uzanan bu keçid iqlim qurşağında rütubətliliyinə görə fərqlənən 4 tip mövcuddur:

a) sakit, isti, quru yay və mülayim rütubətli qışa malik Aralıq dənizi tipi;

b) isti yağışlı yay və quru mülayim qışa malik musson tipi;

c) yayı və qışı quru, lakin isti yay, soyuq qışı ilə seçilən quru subtropik tip;

d) ilboyu rütubəti bərabər paylanan tip (bu tip ancaq Cənubi Amerika, Afrika və Avstraliyanın cənub-şərq tərəflərində isti cərəyanların hesabına formalaşır).

Coğrafiya terminləri lüğəti