Reklam
Reklam

Məsəllər, deyimlər

SONUNCU MOGİKAN

►Müəyyən ictimai təbəqənin, məşhur nəslin, sənət və ya peşə sahəsinin çox görkəmli olan sonuncu nümayəndəsi.

İfadə görkəmli Amerika yazıçısı Fenimor Kuperin (1789–1851) «Sonuncu mogikan» (1826) tarixi əsərindən sonra yayılaraq məşhurlaşmışdır.

Romanda Şimali Amerika hindu qəbilələrinin Avropa qəsbkarları ilə çətin və amansız mübarizəsindən, bu qəbilənin sağ qalmış sonuncu nümayəndəsinin faciəvi həyatından bəhs olunur.

Mogikanlar (daha dəqiqi: moxeqanlar) Hudzon çayının cənubunda yaşayırdılar və Delavarların qəbilə ittifaqına daxil idilər. XIX əsrdə bu torpaqlara ayaq basmış avropalılar bu nəcib hindu qəbiləsinin bütün üzvlərini qırıb nəslini kəsmişdilər.

Getdikcə ifadə məcazlaşmış, məşhur nəsillərin və hər hansı sahənin çox görkəmli olan son nümayəndələrinə də şamil edilmişdir.

Məsəllər, deyimlər