►Bir şeyi əldә etmək, bəxti gәtirmәk, müəyyәn maneәni dәf eləmәk üçün yardım istəyən adamın dilindən zarafatla işlәdilən ifadə.
İfadә mәşhur ərəb silsilə nağılları olan «Min bir gecə»dən qaynaqlanır.
Silsilənin «Әlibaba və qırx quldur» adlı nağılında deyilir ki, yoxsul Әlibaba meşәyә oduna gedәndә uzaqdan quldurları görüb gizlәnir. Quldurlar bir dağa yaxınlaşıb «Simsim, qapını aç» dedikdә dağda görünmәyәn bir qapı açılır vә onlar qarәt etdiklәri şeylәri buraya töküb gedirlәr.
Bu sözü öyrәnən Әlibaba gәlib quldurların xәzinəsindәki qızıllardan eşşәyinә yüklәyib aparır. Bu sirri qardaşından öyrәnәn Qasım da mağaraya gəlir, «Simsim, qapını aç!» dedikdә qapı açılır vә mağaraya girir. Lakin bayıra çıxmaq lazım gәlәndә Qasım bu sözlәri yadından çıxarır. O xatırlayır ki, nə isə bir bitkinin adını (simsim – әrәbcә «küncüt» demәkdir) söyləmək lazımdır. Odur ki bitki adlarını sayır: «Noxud, qapını aç!», «Buğda, qapını aç!», «Yulaf, qapını aç!», «Arpa, qapını aç!»… Lakin qapı açılmır, beləliklə, o, mağarada qalır və quldurların əlinə keçir.
Əlibaba isə quldurları ifşa edərək dostlarının köməyi ilə onların axırına çıxır.
Məsəllər, deyimlər