Reklam
Reklam

Məsəllər, deyimlər

SİFƏTİNƏ YAZILMAQ

►Kimliyi, xarakteri, yaxşılığı və ya pisliyi sanki üzündən bilinmək.

İfadə qədimdə alına damğa vurmaq cəzası ilə bağlı yaranmışdır.

Qәdim zamanlarda başqalarından seçilmәk üçün mәhbusların alınlarına xüsusi damğa vururdular vә bu damğanın yerinin bitişmәmәsi üçün ora barıt sürtürdülәr. Odur ki belә damğa ömrü boyu şәxsin alnında qalırdı vә adamın sifətinə baxan kimi onun cani və ya oğru olduğu dərhal bilinirdi. O da bu «yazı»nı bütün ömrü boyu daşımaq əzabına qatlaşmalı olurdu.

Bu ifadə etimologiyasına görə «alın yazısı» deyimi ilə oxşar olsa da, taleyə, bəxtə inamı, qismətinə düşən payla razılaşmağı deyil, daha çox aydın şәkildә görünmәyi, üzündәn bilinməyi, gizlәdilmәsi mümkün olmamağı çatdırır.

Bu ifadə bəzi hallarda «sifətinə yazılıb», «üzünə yazılıb» şəkillərində də işlənir və «yaramazlığı üzündən bəlli edir» mənasını bildirir.

Məsəllər, deyimlər