►Qayda-qanuna və dinə zidd hərəkətlər edən məsləksiz adamların öz davranışlarına əxlaqsızcasına haqq qazandırmaq üçün işlətdikləri ifadə.
İfadə görkəmli dramaturq Cəfər Cabbarlının «Sevil» pyesinin qəhrəmanlarının nitqindən qaynaqlanır.
Həmin pyesin personajlarından biri olan Əbdüləli bəy din və şəriət haqqında söz düşərkən bu ifadəni özünəməxsus şəkildə işlədir. Sonralar həmin sözlər atalar sözü və zərbi-məsəl kimi işlənməyə başlamışdır.
Şəriət islam dinində, bir növ, hüquqi münasibətləri tənzimləyir, dini qaydaları özündə birləşdirsə də, əslində, qanunlar toplusudur və müsəlmanları bu qaydalara əməl etməyə çağırır. «Sənə-mənə nə şəriət?!» ifadəsi bu qaydalara əməl etməyən müsəlmanlara (xüsusən də əhli-kef olanlara) aid edilir.
Məsəllər, deyimlər