Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

selenoqrafiya

yun. selene – Ay + yun. grapho – yazıram

Ayın quruluşunu, strukturunu, litoloji tərkibini, relyefini, təbiətini, Ayda baş verən prosesləri tədqiq edən elm sahəsi.

S. astrofizikanın bir bölməsi olsa da, böyük tarixə malikdir. Hələ 1647-ci ildə polşalı astronom Yan Haveli “Selenoqrafiya və ya Ayın təsviri” adlı kitab dərc etmişdi, 1651-ci ildə isə italiyalı astronom Covanni Riççoli Ay səthinin ilk nomenklaturasını yaratmışdı.

Coğrafiya terminləri lüğəti