Reklam
Reklam

Məsəllər, deyimlər

SƏHRADA HARAY SALMAQ

►Müəyyən bir işi görmək üçün cavabsız qalan çağırışlar etmək, uğursuzluğu əvvəlcədən bilinən hərəkətlərə yol vermək.

İfadənin qədim «İncil» rəvayətlərindən qaynaqlandığı güman edilir.

Qədim «İncil» rəvayətlərinə görə, nüfuzlu peyğəmbərlərdən biri dolaşdığı səhradan Allahın dərgahına hamar yol salmağı istədi. Niyyətini kimsəsiz səhrada ucadan dilə gətirdi. Bunun üçün kimsəsiz çöllərdə yaxşı yollar salmaq, dağları azaltmaq, hamar olmayan yerləri düzəltmək lazım idi. Amma insanlar peyğəmbərin istəyinə əhəmiyyət vermirdilər, çünki heç kim bu işi boynuna götürmək fikrində deyildi.

Deyim tarixən daşıdığı «cavabsız qalan səda» mənasını itirməmişdir. Bu gün də müəyyən bir işi görmək üçün cavabsız qalan, heç kimin ciddi qəbul etmədiyi çağırışlara, uğursuzluğu əvvəlcədən bilinən hərəkətlərə münasibət bildirərkən «Səhrada haray salmaq» ifadəsi işlədilir.

Məsəllər, deyimlər