Reklam
Reklam

Məsəllər, deyimlər

RİN GÖZÜ

►Havanın işıqlandığını, dan yerinin söküldüyünü, günəşin çıxdığını obrazlı şəkildə bildirən ifadə.

İfadə qədim insanların günәşi gündüzün gözü hesab etmələri barədə təsəvvürlərdən qaynaqlanır.

Qәdim yunanlar belә güman edirdilәr ki, göyü (sәmanı) Atlant öz çiyinlərində saxlayır. Qәdim hind vә yunan mifologiyalarında günәş göz ilә qarşılaşdırılırdı. Bu qarşılaşdırma müqayisə işindә gün ilә gözün xarici bәnzәrliyi (һәr ikisi işıq verir, dairәvidir, görür) әsasında mәna dəyişikliyi әsas götürülürdü. Bir sıra xalqlarda (malaylar) günәş göz ilә eynilәşdirilir, gün gözә bәrabәr tutulur. «Gecәnin gözü», «sübһün gözü» ifadәlәri isә analogiya üzrə meydana gәlmişdir.

Bir sıra qәdim dillәrdә «günәş», «ay» vә «göz» mәfhumları eyni sözlә ifadә edilirdi. Günәş, əslindә, gündüzün gözü sayılırdı. Qәdim misirlilərin zәnnincә, ay ilә günəş ilah Amon-Ranın sağ vә sol gözlәridir. Çinlilәrdә «göz» vә «günәş» anlayışları bir ümumi heroqliflә әks etdirilir, günәş vә ay göyün gözlәri hesab olunurdu.

Günәş «Avesta»da xeyir allahı Hörmüzdlə bağlanır. Sәhәrin gözü günәşin rәmzi olan Hörmüzdün gözü, günәşin gözü demәkdir.

Məsəllər, deyimlər