Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

sarı torpaqlar

İsti iqlim şəraitində enliyarpaqlı rütubətli subtropik meşə ərazilərində əmələ gələn torpaqlar.

S.T. turş reaksiyalıdır; mexaniki tərkibinə görə gilli, gillicəlidir. Onlar podzollaşma və qleyləşmə əlamətləri, həm də qida maddələrinin az olması ilə fərqlənir. S.T.-a Avropanın cənubunda (İtaliya, İspaniya, Yunanıstan və s.), Asiyanın şərqində (Yaponiya, Çin və s.) rast gəlmək mümkündür.

Coğrafiya terminləri lüğəti