rus. pod – alt + rus. zola – kül
Ağımtıl-boz rəngli qeyri-məhsuldar turş torpaq tipi.
P. torpaqlar soyuq və rütubətli iqlim şəraitində formalaşır. Onlar, əsasən, Şimali Amerikanın və Avrasiyanın tayqa zonalarında yayılıb. Bu torpaqlar üst qatların dövri olaraq izafi rütubətlənməsi, lilin və qələvi metalların yuyularaq alt qata aparılması, süxurun silisiumla zənginləşməsi ilə səciyyələnir. P. torpaqlara Azərbaycanda kiçik sahələrdə Lənkəran, Astara rayonlarında rast gəlinir. Onların münbitliyini yüksəltmək üçün əhəngdən, üzvi və mineral gübrələrdən istifadə edilir, belə sahələrdə çoxillik ot bitkiləri əkilir.
Coğrafiya terminləri lüğəti