Reklam
Reklam

Məsəllər, deyimlər

SARI İBLİS

►Qızılın cəmiyyətdə, insanlar arasında təbəqələşmə, nifaq, hərislik yaratdığını obrazlı şəkildə bildirən ifadə.

İfadə Maksim Qorkinin «Sarı iblis şәhәri» oçerkinin (1906) adından yayılmışdır.

Burada qızılın kapitalizm cәmiyyәtindә rolundan danışan müәllif yazır: «Qızıl dünənkindәn daha çox tamahkarlıq, daha artıq hökmlә adamların qanını, beynini sorur ki, axşamçağı bu qan, bu beyin soyuq sarı metala çevrilsin. Qızıl yığını – şәһәrin qәlbidir. Bütün һәyat onun döyünmәsindә, һәyatın bütün mәnası – onun һәcminin artmasındadır.

Bunun üçün adamlar bütün gün uzunu yer qazıyır, dәmir döyür, ev tikir, fabriklәrin tüstüsü içərisindә nәfәs alır, zәһәrlәnmiş ağır havanın kirini bәdәnlәrinin mәsamәlərindәn içәri çәkir, bunun üçün öz gözәl bәdәnlәrini satırlar.

Bu iyrənc seһrbazlıq onların ruһunu uyuşdurur, adamları «sarı iblis»in әlindә elastik alәtә, külçәyә çevirir. «Sarı iblis» yorulmadan bu külçәni әridib qızıl qayırır, öz әtini vә qanını әmәlə gәtirir».

Varlanmaq, sərvət toplamaq üçün çalışanlara münasibətdə «Sarı iblis aşiqi» ifadəsi də işlədilir.

Məsəllər, deyimlər