Reklam
Reklam

Məsəllər, deyimlər

SAQQALINDA SAMAN ÇÖPÜ VAR

Oğurluqda və ya hər hansı cinayətdə əli olduğu üçün özünü şübhəli aparan adamlar haqqında işlədilən ifadə.

İfadə Şərq müdriklərindən biri olmuş hindli Birbal haqqında məşhur rəvayətdən qaynaqlanaraq yayılmışdır.

Həmin rəvayətdə deyilir ki, günlərin birində padşahın sarayında onun mücrüsündən daş-qaş oğurlanır. Oğrunu çox axtarsalar da, tapa bilmirlər. Padşah bu rüsvayçılığa son qoymaq üçün oğrunu tapmağı Birbala həvalə edir.

Birbal bu müşkül məsələni həll etmək və oğrunu tapmaq üçün çox götür-qoy edir. Axırda kələk işlətmək qərarına gəlir. Sarayın bütün əyanları bir yerə toplaşan vaxt Birbal içindən daş-qaş oğurlanmış mücrüyə yaxınlaşıb ona gah bu, gah da o biri qulağı ilə diqqətlə qulaq asır, özünü elə göstərir ki, orada nəyi isə dinləyir. Padşah bu qəribə hərəkətin səbəbini soruşduqda Birbal mücrüdən azacıq aralanıb ucadan deyir:

– Padşah sağ olsun, mücrü aydın deyir ki, oğrunun saqqalında saman çöpü vardır.

Əyanlardan biri tez-tələsik saqqalını əlləşdirməyə başlayır.

Birbal dərhal onu tutmağı əmr edir. Əyan oğurluğunu boynuna alır.

Məsəllər, deyimlər