Reklam
Reklam

Tarix terminləri lüğəti

şamanizm

Bəşər tarixinin başlanğıc mərhələsində bir çox xalqlar arasında geniş yayılmış dinin erkən formalarından biri.

Ş.-in əsasında xüsusi bacarığa malik olan şəxs – şaman durur. Ş. təsəvvürlərinə görə, fövqəltəbii qabiliyyətə malik şaman ekstaz vəziyyətində xeyir və şər ruhlarla ünsiyyətə girir, onlardan nəyisə xahiş, yaxud tələb edə bilir. Ş. bir sıra Cənubi Sibir xalqlarında daha mürəkkəb formalar alıb, həmin ərazidə məskunlaşmış türk xalqları arasında da geniş yayılıb.

Tarix terminləri lüğəti