Şamanizm təliminə görə, özünü ekstaz halına gətirərək ruhlarla əlaqəyə girən, onlara təsir göstərməklə xəstələri müalicə etmək, fala baxmaq və s. bacarığı olan şəxs.
Bu termin dünyanın əksər dillərinə daxil olub. Bir ehtimala əsasən, Ş. termini sanskrit dilində “zahid, tərki-dünya, asket” anlamı verən “şraman” sözündən yaranıb. Digər ehtimala görə, həmin söz tunqus-mancur mənşəli olub, evenkcə “coşqun, ehtiraslı, keyləşmiş adam” mənası daşıyan “saman” sözündən yaranıb.
Tarix terminləri lüğəti