►Heç bir şeyin yerində olmadığını, baş-ayaq yerləşdiyini bildirən ifadə.
İfadə böyük Azərbaycan şairi M.P.Vaqifin yaradıcılığından qaynaqlanır.
İctimai bərabərsizliyi, sinfi cәmiyyәtlәrdə haqsızlığı sәciyyәlәndirәn bu ifadә Molla Pənah Vaqifin mәşhur «Görmәdim» rədifli müxәmmәsindәn yayılaraq atalar sözü kimi mәqbullaşmışdır. Zəmanədən şikayət edən hәmin müxәmmәsdə ifadə bu kontekstdə işlənir:
Müxtәsәr kim, belә dünyadan gәrәk etmәk һәzәr,
Ondan ötrü kim deyildir öz yerindә xeyrü şәr.
Alilәr xaki-mәzәllәtdә, dәnilәr mötәbәr,
Sahibi-zәrdә kәrәm yoxdur, kәrәm әhlindә zәr,
İşlәnәn işlәrdә ehkamü lәyaqәt görmәdim.
Bu gün də istənilən cəmiyyətdə ictimai bərabərsizliyi, haqsızlığı və sosial ədalətsizliyi tənqid edərkən bu ifadə işlədilir.
Məsəllər, deyimlər