Reklam
Reklam

Məsəllər, deyimlər

SAĞ ƏLİN NƏ ETDİYİNİ SOL ƏL BİLMİR

►Böhranlı şəraitdə hakimiyyət qurumlarının səbatsızlığını, qeyri-peşəkarlığını, bir-birinə zidd qərarların qəbul edilməsini və s.-ni bildirmək üçün istehza ilə işlədilən ifadə.

İfadə «Bibliya» süjetlərindən qaynaqlanır və bir toplumda hər hansı böhranlı şəraitdə əlaqəsiz hərəkətlərə mənfi münasibəti ifadə edir.

Müasir siyasi ədəbiyyatlarda və dövri mətbuatdakı politoloji şərhlərdə daha çox xaotik, böhranlı vəziyyətdə hakimiyyət dairələrindəki koordinasiyasız, impulsiv davranışları əks etdirmək üçün bu ifadədən istifadə olunur.

Dilimizdə bu deyimə bənzəyən «sağ əlin verdiyini sol əl bilməməlidir» ifadəsi isə hər hansı xeyirxah əməlin şöhrət qazanmaq, özünü reklam etmək məqsədilə deyil, Xeyirə xidmət göstərmək üçün həyata keçirilməsinin vacibliyini bildirmək məqamında işlənir.

Məsəllər, deyimlər