Qədim germanların əlifbası.
Bu əlifba eramızın I–II əsrlərindən XIII əsrədək Skandinaviya, İslandiya, İngiltərə, Şimali Avropada istifadə olunub, həm soldan-sağa, həm də sağdan-sola yazılıb. Şimali Avropa xalqlarının xristianlığı qəbul etməsindən sonra o, latın əlifbası tərəfindən sıxışdırılaraq aradan çıxarılıb. Qədim (24 işarə) və yeni (16 işarə) R.Y. fərqləndirilir. R.Y.-nın mənşəyi dəqiq müəyyənləşməyib. Bəzi tədqiqatçıların fikrincə, həmin yazılar Şimali İtaliya əlifbalarından birinin əsasında yaradılıb. Lakin bu mülahizəni, eləcə də R.Y.-nın Orxon-Yenisey əlifbası ilə qohumluğu fikrini təsdiq edəcək faktlar hələlik aşkarlanmayıb.
Tarix terminləri lüğəti