Zilhiccə ayının (qəməri təqviminin 12-ci ayı) 10-da, Orucluq bayramından 70 gün sonra keçirilən müsəlman dini bayramı.
Q.B.-nın kökləri Qərbi Ərəbistanda bütlərə qurban verilməsi adəti ilə bağlıdır. Hələ islamaqədərki dövrdə ərəblər Məkkəyə gələrək burada qurban kəsiblər. Sonralar bu adət islam ayinlərindən birinə çevrilib. İslam inancına görə, İbrahim peyğəmbər oğlu İsmayılı Allah yolunda qurban vermək istərkən Allahın ona yazığı gəlib və əvəzində kəsmək üçün cənnətdən qoç göndərib. Bununla əlaqədar keçmişdə Azərbaycanda Q.B.-nı xalq arasında bəzən “İsmayıl bayramı”, “İsmayıl qurbanı” da adlandırıblar.
Tarix terminləri lüğəti