Reklam
Reklam

Tarix terminləri lüğəti

qurban

Müxtəlif ruhlara, allahlara, müqəddəslərə  pay verməklə onların rəğbətini qazanmaq və rəhmə gətirmək istəyi ilə icra edilən ritual, dini kultun bir forması.

Həmin ritual bu və ya başqa dərəcədə dinlərin əksəriyyətində mövcuddur. Qiymətli əşyalar, torpaq sahələri, binalar və s. maddi obyektlər Q. verilə bilər. Bununla belə, əksər hallarda heyvanları Q. kəsirlər. Lakin tarixdə Q. kəsmənin daha qəddar formaları da mövcud olub; məs.: bir sıra xalqlarda insanlar Q. verilib. Heyvanların Q. kəsilməsi adəti islamda da var.

Həmçinin bax:

Tarix terminləri lüğəti