►Son akkordu, son məqamı, istedadın sonuncu tәzahürünü bildirmək üçün işlədilən ifadə.
İfadə qu quşu haqqında ovçu hekayətlərindən qaynaqlanır.
Bir sıra qәdim xalqların inamına görә, qu (qu quşu, sona) ölümündәn әvvәl xüsusi bir mәlahәtlә ötür. Elm bunu təkzib etsə də, bədii ədəbiyyat nümunələrində bu hekayətin təsirləri yaşayır. Hələ Ezopun tәmsillәrindә vә digәr yunan müәlliflәrinin əsәrlәrindә bu barәdә çoxlu qeydlәr vardır.
«Qu nәğmәsi» anlayışı klassik әdәbiyyatımızda «naleyi-qaz» ifadәsi ilә әks etdirilirdi vә tamamilә fәrqli mәnaya («inandırıcı olmayan», «yalan») gәlirdi. M.F.Axundzadənin «Kәmalüddövlə mәktubları»nda deyilir: «Amma nәqli-Xizr bəistilaһi-türk, naleyi-qazdır: dirilik suyu harda idi ki, Xizr içәydi, diri qalaydı?»
Müasir dövrümüzdə bu ifadə bədii ədəbiyyat nümunələrində, xüsusən poeziyada daha çox işlənir.
Məsəllər, deyimlər