►İncitmək, sıxışdırmaq, davamlı izləmək, təzyiq etmək, möhkəm tənqid etmək.
İfadə ucuz ağcaqayın ağacından müəyyən əşyalar düzəldib satan dülgərlər arasında meydana çıxaraq yayılmışdır.
Satış üçün material hazırlayan dülgərlər rənglərdən bacarıqla istifadə edərək istənilən ağac materialını qoz, palıd, yaxud qırmızı ağaca oxşadırdılar. Təbii ki, rəngləri də həmin ağacların qabığından alırdılar. Qoz qabığından alınan rəng daha effektli olur və məhsul daha yaxşı satılırdı.
Beləliklə, «qoz qabığına soxmaq» ifadəsi ortaya çıxmışdır. İfadə əvvəllər məcazi mənada «bir işi yaxşı görmək» anlamında işlədilirdi. Lakin sonra mənfi çalarda işlənməyə başladı.
Hazırda «qoz qabığına soxmaq» tez-tez «nəyə görə isə möhkəm söymək, acılamaq, tənqid etmək» mənasını verən «heç eləmək», «zibilə döndərmək», «daşı daş üstündə qoymamaq» və s. ifadələrlə eyni səviyyədə işlənir.
Məsəllər, deyimlər