Reklam
Reklam

Məsəllər, deyimlər

QIZIL QIZDIRMASI

►Birdən-birə varlanmaq, çoxlu pul qazanmaq hərisliyini, hər hansı gəlirli əməliyyat ətrafında yaranmış ictimai ajiotajı bildirmək üçün işlədilən ifadə.

İfadə XIX əsrin axırlarında Alyaska yarımadasında zəngin qızıl yataqlarının mənimsənilməsi ilə bağlı baş vermiş macəra dolu hadisələr zamanı meydana çıxaraq yayılmışdır.

Həmin dövrdə birdən-birə varlanıb böyük sərvət sahibi olmaq istəyənlərin Alyaska yarımadasına böyük axını başlamışdır. Bu adamların bir çoxu qısa müddətdə böyük sərvətə yiyələnməyə can atırdı. Əlbəttə, bu adamların sırasında macəra axtaranlar da az deyildi. Qızıl yataqları tapmaq ümidi ilə gedənlərin əksəriyyəti geriyə əliboş döndüklərindən xalq arasında bu «kampaniya» istehza ilə «qızıl qızdırması» adlandırılırdı.

İfadənin məşhurlaşmasında Çarli Çaplinin (1889–1977) ekranlarda uğurla nümayiş etdirilmiş «Qızıl qaraqızdırması» filmi də (1925) mühüm rol oynamışdır. Həmin filmdə qızıl axtarışına çıxmış insanlar kəskin tənqid atəşinə tutulur.

Məsəllər, deyimlər