►Hər cür yenilikdən, kəskin, cəsarətli addımlar atmaqdan qorxan, ifrat dərəcədə ehtiyatlılıq göstərən mühafizəkar adam haqqında işlədilən ifadə.
İfadə böyük rus yazıçısı Anton Çexovun 1898-ci ildə yazdığı «Qılaflı adam» hekayəsindən götürülüb.
Hekayənin qəhrəmanı müəllim Belikov həmişə, hətta hava yaxşı olduğu hallarda belə: «Hər ehtimala qarşı ehtiyatlı olum ki, sonra içindən bir iş çıxmasın», − deyə qaloş və qalın palto geyər, açıq havada da əlinə çətir götürüb küçəyə çıxardı.
Böyük yazıçı öz qəhrəmanının xarakterini çox incə detallarla təsvir edir: «Belikovun çətiri də, qolundakı saatı da, hətta qələm yonmaq üçün cibində gəzdirdiyi bıçağı da qılaf içərisində saxlanılırdı. Diqqətlə baxdıqda adama belə gəlirdi ki, Belikov üzünü, hərəkətlərini də qılaf içərisində saxlayır».
Məsəllər, deyimlər