Reklam
Reklam

Məsəllər, deyimlər

QAŞIQ İÇİ ÇIXARMAQ

►Heç bir faydalı iş görməmək, əhəmiyyətsiz, mәnasız işlәrlә mәşğul olmaq.

İfadə xalq sənətinin inkişafı ilə bağlı yaranıb yayılmışdır.

Vaxtilә evlәrdә işlәnәn müxtәlif alәtlәr ağacdan düzəldilirdi. Bütün bunlarla Azәrbaycanın rayonlarında və kəndlәrindә xüsusi sәnәtkarlar mәşğul olurdular. Lakin sәnәtkarlar heç dә bütün işlәri özlәri görmürdülәr. Onlar əşyaya aid olan əsas, mühüm işlәri (ölçü, forma və s.) özlәri görür, yüngül vә xüsusi mәharət tәlәb etmәyәn işlәri, әsasәn, naşı olan köməkçilərinə – şəyirdlərə tapşırırdılar. Fәhlә hesab olunan bu şagirdlər çömçә, çanaq, qaşıq kimi alәtlәrin içini yonub çıxarırdılar. Çox zәhmәt tәlәb etmәyәn bu kimi işlәr, əslində, bikarçılığa bәrabәr tutulduğundan yuxarıdakı məcazi mәnalı ifadә meydana gәlmişdir.

Yenә hәmin sәnәtlә әlaqәdar «qaşıq döyüşdürmәk» («tərslik etmәk», «mübarizә, mübahisә aparmaq», «söz gülәşdirmәk» mәnalarında) ifadәsi yaranmışdır.

Məsəllər, deyimlər