Reklam
Reklam

Məsəllər, deyimlər

QARŞI YATAN QARA DAĞLAR

►İstiqamət, cəhət bildirmək üçün işlədilən ifadə.

Bu poetik ifadə qədim insanların Yerin cəhətlərini, hər hansı istiqaməti müəyyənləşdirmək cəhdləri ilə bağlı yaranmışdır.

Qәdim türk dilindә (VIII əsr) hәlә eramızın III әsrindә, yәni yazıyaqәdәrki dövrdә istiqamət, cəhət adlarını bildirən sözlər işlәdildiyi kimi qalmaqda davam edirdi; məsələn, Gültәkin abidәsindә (VIII әsr) sol – şimalı, qarşı (qabaq) – şәrqi, sağ – cәnubu, ard (arxa) – qәrbi bildirmək üçün işlәdilirdi. Belәliklә, «qarşı» sözü «şərq» anlayışını bildirirdi.

Çin һökmdarı Xan dövrü salnamələrində göstәrilir ki, Hun һökmdarı sәһәrlәr günəşә sitayiş edirdi. Qәdim türk yazılı abidәlәrində də sәһәr qarşıdakı günәşə sitayişdәn bәһs olunur. Monqollarda isә qarşı – qәrbi bildirirdi.

Qәdim oğuzlar «qarşı» (qabaq, ön, ilәri//irәli) sözünü «quzey» anlayışında işlәdirdilәr, «arxa» (әrquri, geri) sözü isә «güney» mәnasında idi. Belә olduqda sağ tәrәf gündoğan, sol tәrәf isә günbatan cәһәt һesab edilmәlidir. Habelә cәhәtlər bir dә rәng adları ilə ifadә olunurdu. Qarşı tәrəf «qara» (qaraca), arxa tərәf «ala» (vә ya qızıl), sol tərəf «ağ» (ağca), sağ tәrәf «göy» (göycә) sözlәri ilə әks etdirilirdi.

Tədqiqatçılar bunlara istinadən «Kitabi-Dәdә Qorqud»dakı yerin cəhətlərini bildirən bir çox ifadәlәrin mәnasını aydınlaşdırırlar.

Məsəllər, deyimlər