Reklam
Reklam

Məsəllər, deyimlər

QARAGÜNLÜYÜNÜ QABLAMAQ

►Hәr cür çәtinliyә, əzab-әziyyәtә һazır olmaq, mәһrumiyyәti, tәһlükәni göz altına almaq.

İfadә qədimdən xalq arasında «ağ» və «qara» günlərin mövcudluğuna, həmçinin axirətə olan inamdan yaranmışdır.

Dilimizdә «qara gün» vә «ağ gün» ifadәlәri bir sıra başqa xalqlarla müştәrәk olan inamlarla әlaqәdardır. «Qaragünlülük» isә bu qara gün üçün әvvәlcәdәn hazırlanan məhsullardır (azuqә vә s.) ki, onları qablaşdırmaqla gözlənilən çətinliyi dəf etmәk mümkündür.

Qәdim romalılarda geniş yayılmış adәtlәrdәn biri xoşbәxt günlәrin ağ daşlarla qeyd olunması idi. Ağ daşla qeyd olunan günә «Albo dies notanda apillo» deyilirdi.

Dilimizdә «ağ gün», «qara gün», «o gün ömrümә yazılmasın», «getsin o günlər, bir də gəlməsin» vә bu kimi ifadәlәr hәmin adәtin izlәrini әks etdirir.

Məsəllər, deyimlər