Reklam
Reklam

Məsəllər, deyimlər

QANADLI SÖZLƏR

►Ədәbi-bәdii mәnbәlәrdәn, tarixi sәnәdlәrdәn və ya görkəmli şəxsiyyətlərin dilindən çıxaraq yayılıb mәşhurlaşan obrazlı söz vә ifadәlәr.

İfadə Qədim Yunanıstanın əfsanəvi şairi Homerin (e.ə. IX əsr) «İliada» və «Odisseya» әsәrlәrindә işlәdilmişdir.

Qanadlı sözlər dedikdə, adətən, nitqimizə daxil olmuş aforistik deyimlər, obrazlı ifadələr nəzərdə tutulur. Lakin Homerdə həmin ifadə bizim indi başa düşdüyümüz mənada işlənmir. Homer sözləri sanki danışanın ağzından çıxaraq dinləyənin qulağına uçub ona təsir etdiyi üçün «qanadlı» adlandırırdı.

Sonralar Homerin bu ifadəsi filoloji-linqvistik termin mәnası kәsb etmişdir ki, bu işdә də alman filoloqu Georq Bühmanın (1822–1884) çox böyük rolu olmuşdur. Onun 1864-cü ildə çıxmış kitabı belə də adlanırdı: «Qanadlı sözlər». Kitab oxucular tərəfindən böyük maraqla qarşılanmış, dəfələrlə nəşr edilmişdi. Kitabın 13-cü nəşrinin müqəddiməsində Bühman «qanadlı sözlər» ifadəsinin başqa dillərdə də işləndiyini yazırdı. Әdәbi dilimizdә bu ifadәni ilk dәfә Səməd Vurğun «İnsan» şeirində şair Cәlal haqqında işlәtmişdir.

Əlinizdəki bu kitabda etimoloji izahı verilən bir çox ifadələr məhz qanadlı sözlərdir.

Məsəllər, deyimlər