Ayın, qismən Günəşin cazibə qüvvəsi ilə okean səviyyəsinin dövri surətdə qalxması və düşməsi.
Gün ərzində iki qabarma və iki çəkilmə baş verir. Q. və Ç. arasındakı vaxt təxminən 6 saat 12 dəqiqəyə bərabərdir. Qabarmanın hündürlüyü müxtəlif yerlərdə eyni deyil. Açıq okeanda qabarma dalğasının hündürlüyü 1,8 m-dən artıq olmadığı halda, sahil zonalarda orta hesabla 2 m, ensiz körfəzlərdə 11 m-ə, Kanada və ABŞ arasında yerləşən Fandi körfəzində isə 18 m-ə çatır. Dünya okeanında Q. və Ç. hadisəsinin intensiv baş verdiyi ərazilərə Men, Müqəddəs Lavrenti, Bristol körfəzləri, Ağ və Oxot dənizləri və s. aiddir.
Coğrafiya terminləri lüğəti