kim., geol. Bəzi maddələrin bir neçə formada atom kristal quruluşu ala bilməsi qabiliyyəti.
Bu quruluşlardan (termodinamik fazalardan) hər biri polimorf modifikasiya adlanır və ancaq müəyyən xarici şəraitdə (temperatur və təzyiq) davamlı olur.
biol. Bir növ daxilində xarici görünüşünə görə kəskin fərqlənən və keçid formaları olmayan fərdlər.
Belə formalar ikidirsə, bu hadisə dimorfizm adlanır. Bir və yaxud müxtəlif populyasiyadan olan fərdlərin xarici görünüşündəki fərqlər də P.-ə daxildir.
Fizika terminlər lüğəti