Reklam
Reklam

Məsəllər, deyimlər

PAZI PAZLA ÇIXARMAQ

►Hansısa arzuedilməz vəziyyətin nəticələrini onları yaradan səbəblərin vasitəsilə aradan qaldırmaq.

İfadə iri odun parçalarını və ya düyünlü kötükləri yararkən qarşıya çıxan çətinlikləri dəf etmək üsulu ilə bağlı yaranmışdır.

Bəzən iri və bərk odunu yarmaq (bölmək) üçün açılmış yarığa balta ilə paz çalıb onun köməyi sayəsində ağacı parçalayırlar. Həmin paz düyünlü odunun içində ilişib qaldıqda isə onun özünü çıxarmaq üçün daha böyük və bərk (bəzən də dəmir) pazdan istifadə edir, beləliklə, pazı pazla çıxarırlar.

Bu ifadə ilə bağlı məlum atalar sözünün yaranması da qədim zamanlara gedib çıxır. Hazırda mürəkkəb bir vəziyyətin yaranmasına səbəb «paz» olduqda bu ifadədən istifadə edilir.

Məsəllər, deyimlər