Reklam
Reklam

Tarix terminləri lüğəti

Olmek mədəniyyəti

Keçmişdə müasir Meksika ərazisində məskunlaşmış naməlum hindu xalqının mədəniyyəti.

O.M.-nin çiçəklənmə dövrü e.ə. VIII–IV əsrlərə təsadüf edib. Bu mədəniyyət XI–XIV əsrlərdə həmin ərazidə yaşamış azsaylı olmek tayfalarına görə şərti olaraq belə adlandırılıb. O.M.-nin iqtisadiyyatı əkinçilik və ovçuluğa əsaslanıb. Onun yaradıcıları Amerika qitəsində sivilizasiya yoluna qədəm qoymuş ilk tayfalardan olublar. E.ə. VIII–II əsrlərdə Mərkəzi Amerikanın digər qonşu hindu xalqlarının (mayyalar və b.) mədəniyyətinə güclü təsir göstərmiş O.M.-nə aid möhtəşəm abidələr – sərdabələrin monolit bazalt dirəkləri, mərasim meydanlarının mozaik döşəmələri və s. bu günə qədər qalıb. Eramızın III əsrində O.M.-ni yaratmış tayfalar hələlik elmə məlum olmayan səbəblərdən məskunlaşdıqları ərazini tərk ediblər.

Tarix terminləri lüğəti