Reklam
Reklam

Tarix terminləri lüğəti

mayyalar

Müasir Meksikanın cənub-şərqində, Honduras və Qvatemala ərazisində Amerikanın ən qədim sivilizasiyalarından birini yaratmış xalq.

Riyaziyyat, tibb və astronomiya sahəsində dərin elmi biliklərə malik olan M. özlərinin orijinal yazı sisteminə malik olublar. Dördüzlü, pilləvarı piramidalar və onların üstündə inşa edilmiş məbədlər Mayya memarlığının ən möhtəşəm abidələri sayılır. M.-ın ərazisində 100-dən çox şəhər olub. Onların mədəniyyətinin çiçəklənmə dövrü 200–950-ci illəri əhatə edib. Konkistadorların Amerikaya gəlişi (XVI əsrin əvvəli) isə M.-ın dərin tənəzzül dövrünə düşüb. Bu xalqın qalıqları hazırda Meksika və Belizdə yaşayır.

Həmçinin bax:

Tarix terminləri lüğəti