►Əsl xarakterini, xasiyyətini gizlətməmək, hiylə işlətməmək, təbii və səmimi olmaq, ikiüzlülük etməmək.
İfadә C.Ruminin «Məsnəvi»sindәn qaynaqlanaraq bir sıra dillәrə yayılmışdır.
Böyük Mövlananın işlətdiyi ifadənin əsli belədir: «Ya olduğun kimi görün, ya da göründüyün kimi ol».
Professor Ziyəddin Göyüşov «32 gün qonşu ölkədә» məqaləsində yazır: «Öz əsәrlərində insanı daim xeyirә, gözәlliyә, həqiqətə, әdalәtə çağıran Mövlana Cəlalәddin insanın mәnәvi saflığına, daxili paklığına müstәsna әhәmiyyәt vermişdir. O, ikiüzlülüyü daxili çirkinliyin təzahürü kimi qiymətləndirmişdir. Konyadakı Mövlana türbəsini ziyarət edәrkәn gözlәrinə ilk dəfə onun iri hərflәrlә yazılmış məşhur əxlaqi təlәbi dәyir: «Ya olduğun kimi görün, ya da göründüyün kimi ol».
Düzlüyə və səmimiyyətə çağırış kimi səslənən bu ifadə neçə əsrlərdir ki, dünyanın bütün qitələrində dinindən və irqindən asılı olmayaraq bütün kamil insanlar üçün bir əxlaq davranış kodeksi kimi qəbul edilir.
Məsəllər, deyimlər