►Bәrkdәn-boşdan çıxmaq, çox çətinliklər görmək, zəngin həyat təcrübəsi qazanmaq.
İfadə qədimdə mövcud olmuş maraqlı bir cəza üsulundan qaynaqlanır.
Qәdim zamanlarda bir sıra xalqlarda belә qayda var idi ki, cinayәt törətdiyinә şübhә yaranmış şәxslәri su və ya odla imtahan edir, yoxlayırdılar. Müttәhimi çaya (suya) atırdılar. Batmasa, belә mühakimә edirdilәr: deməli, günahkardır ki, su da onu qәbul etmir. Batsa, demәli, günahı yoxdur, ona böhtan atılıb.
Odla yoxlama isə belә aparılırdı: müttəhim əlini yanar odun içinә soxmalı vә ya közərmiş dәmiri әlinә götürmәli idi. Bu zaman günahsız şәxslərin әlində yanıq yeri, izi (qabar vә s.) qalmamalı idi.
İfadənin müxtəlif variantları qədim yunan vә Roma müəlliflərinin – Plutarx, Aristofan, Horatsi, Vergili və b.-nın əsәrlərində özünü göstәrir. Habelә Firdovsinin «Şahnamә»sində Səyavuş oda girməklә günaһsız olduğunu sübut edir.
İndi də bir adamın çətinliklərə, sınaqlara məruz qalarkən dözüm nümayiş etdirməsini bu ifadə ilə bildirirlər.
Məsəllər, deyimlər