Reklam
Reklam

Fizika terminlər lüğəti

ODADAVAMLILIQ 

Material və məmulatın yüksək temperatur təsirinə ərimədən davam gətirmək qabiliyyəti. 

Materialın O.-ı ondan düzəldilmiş kəsik nümunə piramidasının (hündürlüyü 30 mm, oturacaqlarının tərəfləri 8 mm və 2 mm olan) istilik təsirindən yumşalaraq əyilməsi nəticəsində üst hissəsinin alt səthə toxunduğu andakı (°C ilə) temperaturla (O. həddi adlanır) təyin olunur.

Fizika terminlər lüğəti