Reklam
Reklam

Məsəllər, deyimlər

NYUTON ALMASI

►Hər hansı elmi kәşfә, ixtiraya, çәtin bir məsəlәnin hәllinә yardımçı olan təsadüfləri nəzərdə tutan ifadə.

İfadə Nyutonun cazibə qanununu guya təsadüf nəticəsində kəşf etməsi ilə bağlı əhvalatdan qaynaqlanır.

Həmin rәvayətә görә, görkәmli ingilis fiziki İsaak Nyuton (1643–1727) bütün göy cisimlərinin hərəkətini idarə edәn qanunu – ümumdünya cazibə qanununu tәsadüfi müşahidə nәticәsində kәşf etmişdir. Guya o, bir dәfə yetişmiş almanın ağacdan qopub yerə düşdüyünə diqqət yetirir vә ilk dәfə ağlına belә fikir gəlir ki, yәqin, Yer bütün cisimləri özünә cəlb edir. Hәmin fikirlə əlaqәdar öz dahiyanə tədqiqatlarına başlayır.

Şübhə yoxdur ki, tәklikdә götürülmüş bu vә ya buna oxşar müşahidәlər heç dә ümumdünya cazibə qanununun kәşfinə gətirә bilməzdi. Almanın yerə düşmәsi mәsәlәsi cazibə qanununun әsasını təşkil etməyib, güman ki, qanunun kәşf olunmasına təkan verib.

Alman filosofu Georq Vilhelm Hegel (1770–1381) həmin kәşfin alma ilә әlaqәdar olmasını çox mənfi qiymәtlәndirir və bunu bәşəriyyət üçün bәd fal hesab edirdi. O göstərirdi ki, dünya tarixindә almalar Nyutona qәdәr iki dəfə insanlara fəlakət gәtirmişdir. Bunlardan biri Həvva alması, digәri Paris alması (bu alma Troya müharibәsinin başlanmasına sәbəb olmuşdu) hesab olunur.

Məsəllər, deyimlər