►Çox qədimdən qalan, hədsiz köhnə, yaşı lap çox olan bir şey haqqında işlədilən ifadə.
İfadə əfsanəvi Nuh peyğəmbərin uzun yaşaması ilə bağlı rəvayətlərdən qaynaqlanaraq yayılmışdır.
Dini rəvayətə görə, guya Allah ilk dəfə gəmi düzəltməyi Nuh peyğəmbərə öyrətmişdi. O, altı yüz yaşında ikən dünyanı su basanda öz ailə üzvlərini, ona inananları və hər heyvandan bir cüt (dişi və erkək olmaqla) götürüb düzəltdiyi gəmiyə minmişdi. Yerdə qalan bütün canlılar su altında qalıb məhv olmuş, yalnız Nuhun gəmisi Ağrı dağının ətəyinə yanaşaraq quruya çıxmış və xilas olmuşdu.
Bəzi rəvayətlərdə Nuh peyğəmbərin guya 950 il, bəzilərində isə 1800 il yaşadığı iddia olunur. Әlbәttә, bu rәqәmlər inandırıcı deyil. Burada tarixi vә ya dini dolaşıqlıq var. Nuhdan bәhs edәn ən qәdim dini әsәr olan «Bibliya»da tәqvim hesabı müasir dövrdәkindәn fәrqli olmuşdur; mәsәlәn, «Bibliya»da göstәrilir ki, Mafusail 969 il yaşamışdır. Tәdqiqatçılar göstәrirlәr ki, o zamanlar tәqvim ili bizim bir ayımıza bәrabәr olmuşdur vә demәli, burada müasir mәnada 969 ay nәzәrdә tutulmalıdır ki, bu da 79 il elәyir. Hәmin hesabla Nuhun 1800 illik ömrü 150 ilә yaxın olur.
«Bibliya»da (sonralar isə «Quran»da – red.) Nuh tufanı, onun gәmisi haqqında olan mәlumat dünyanın әn qәdim xalqı olan şumerlәrin «Gilqameş dastanı»ndan əxz edilmişdir. «Gilqameş dastanı» bütün dünyada әn qədim bәdii әsər hesab olunur. Sübut edilmişdir ki, hәqiqәtәn, Cənubi İraqda çox böyük bir tufan baş veribmiş.
Nuh peyğəmbərlə bağlı dilimizdə «Nuhun gəmisi», «Nuhun tufanı» kimi ifadələr də işlənir.
Məsəllər, deyimlər