Reklam
Reklam

Məsəllər, deyimlər

NİZƏ SINDIRMAQ

►Konkret məqsəd və məram uğrunda mübarizə aparmaq, niyyətini ortaya qoymaq.

İfadə XII–XIII əsrlərdə Avropanın iri şəhərlərində cəngavər turnirlərinin keçirilməsi ilə bağlı yaranmışdır.

Bir ənənə olaraq davamlı keçirilən həmin turnirə çıxan hər cəngavər sevdiyi qadına ürəyini açır və onun məhəbbətini qəbul edən qadının verdiyi yaylığı nizədən asırdı. Cəngavərlər, sözün əsl mənasında, döyüş nizələrini sındıraraq yarışda öz iddialarını irəli sürürdülər.

Nəticədə «nizə sındırmaq» ifadəsi tədricən şiddətli mübahisə zamanı öz fikirlərini inadla müdafiə edən insan haqqında işlədilməyə başlamışdır.

Məsəllər, deyimlər