Süjet xəttinin əsasını iki gəncin məhəbbəti təşkil edən xalq dastanları.
Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətidir. Çox zaman bu gənclərə yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman çox zaman sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər. “Şah İsmayıl”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Aşıq Valeh” geniş yayılmış məhəbbət dastanlarıdır. “Şah İsmayıl” dastanı məhəbbət dastanı olsa da, süjetində qəhrəmanlıq motivləri vardır. Bir sıra xalq dastanları əsasında operalar yazılıb: Ü.Hacıbəylinin “Koroğlu”, Z.Hacıbəyovun “Aşıq Qərib”, M.Maqomayevin “Şah İsmayıl” operaları və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti