Reklam
Reklam

Tarix terminləri lüğəti

manufaktura

lat. manufactura < manus – əl + factura – hazırlama, düzəltmə

Əmək bölgüsünə və əl ilə işlədilən sənətkarlıq texnikasına əsaslanan müəssisə.

M. istehsalı sənayenin inkişafında sadə kooperasiyadan sonra ikinci tarixi mərhələdir. Belə müəssisələr Qərbi Avropa ölkələrində XVI əsrin ortalarından XVIII əsrin sonlarınadək fəaliyyət göstərib. Fəhlələrin və əmək alətlərinin dar ixtisaslaşması ilə səciyyələnən M. ictimai əmək bölgüsünü daha da dərinləşdirərək maşınlı istehsala keçidi hazırlayıb. Azərbaycanda muzdlu əməyə əsaslanan ilk M.-lar XIX əsrin I yarısında yaranıb, həmin əsrin 50–70-ci illərində onları tədricən fabrik-zavod istehsalı əvəzləyib.

Tarix terminləri lüğəti