Reklam
Reklam

Tarix terminləri lüğəti

fabrik

lat. fabrica – emalatxana

Sənətkarlıq emalatxanaları ilə müqayisədə çoxsaylı işçi qüvvəsinə malik olan, maşın və mexanizmlərin tətbiqinə əsaslanan sənaye müəssisəsi.

F.-lər, əsasən, fərdi sifarişlərlə deyil, şablon üzrə məhsul istehsalı ilə məşğul olur. Onlar XVIII əsrin sonu – XIX əsrin I yarısında sənaye çevrilişi prosesində meydana gəlib. İqtisadi anlamda F.-lə zavod arasında heç bir fərq mövcud deyil. Lakin adətən, yüngül, yeyinti və hasilat sənayesi müəssisələri F. adlanır; məs.: tikiş, ayaqqabı, qənnadı, makaron F.-i. Azərbaycanda ilk F. 1829-cu ildə Şəkidə açılıb. Tarixən manufaktura F.-dən əvvəl yaranıb. Manufakturadan F.-ə keçid su və buxarla işləyən maşınların tətbiqi nəticəsində baş verib.

Tarix terminləri lüğəti