XVI–XVIII əsrlərdə İranda, Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda işlədilən gümüş sikkə.
Bu sikkənin nominal dəyəri 100 mis dinara bərabər olub, ilk dəfə Səfəvi şahı Məhəmməd Xudabəndənin hökmranlığı (1578–1587) dövründə onun adından 1 misqal ağırlığında kəsilib və “xudabəndə”, “məhəmmədi”, “məhmədi”, “mahmudi” adlandırılıb. 1 M. – 2 şahıya, 2 M. isə 1 abbasıya bərabər olub.
Tarix terminləri lüğəti