Reklam
Reklam

Tarix terminləri lüğəti

lidiyalılar

yun. Ludia

Qədim dövrdə Kiçik Asiyanın qərbində yerləşən Lidiya dövləti ərazisində məskunlaşmış hind-Avropa mənşəli tayfalar.

Hazırda kökü kəsilmiş L. Hett-Luviya dillərində danışıblar. E.ə. təqr. VII əsrdə bəşər tarixində ilk qızıl sikkə məhz L. tərəfindən zərb olunub. Elə həmin dövrdə onlar Lidiya dövlətinin əsasını qoyublar. Bu dövlət e.ə. VI əsrin I yarısında çiçəklənmə dövrünü yaşayıb və demək olar ki, bütün Kiçik Asiya ərazisini əhatə edib. Lakin e.ə. 546-ci ildə iranlılar Lidiyanı zəbt etdikdən sonra L.-ın tənəzzül dövrü başlayıb və onlar daha qüdrətli qonşuları tərəfindən assimilyasiya olunublar.

Tarix terminləri lüğəti