Reklam
Reklam

Tarix terminləri lüğəti

konsulluq dövrü

Fransa tarixində Napoleonun 1799-cu il noyabrın 9-da həyata keçirdiyi dövlət çevrilişindən onun 1804-cü il mayın 18-də imperator elan olunmasına qədər davam etmiş dövr.

Bu dövrdə hakimiyyət formal cəhətdən 10 il müddətinə seçilmiş 3 konsula məxsus olub, lakin reallıqda birinci konsul – Napoleon Bonapart onu öz əlində cəmləşdirib. 1802-ci ilin avqustunda Bonapart və digər iki konsul Fransa Respublikasının ömürlük konsulları elan ediliblər.

Tarix terminləri lüğəti