lat. commūnis – ümumi
Marksizm təliminə görə, kapitalizmi əvəz edəcək ən ali ictimai-iqtisadi formasiya.
Bu formasiyanın birinci mərhələsi sosialist, ikinci mərhələsi isə kommunist cəmiyyəti sayılır. Marksizm klassiklərinin fikrincə, sosial bərabərliyə və ümumi firavanlığa əsaslanan K.-də istehsal qüvvələri ən yüksək inkişaf səviyyəsinə çatır, cəmiyyətin sosial təbəqələrə bölünməsi birdəfəlik aradan qalxır, dövlətin, eləcə də pulun tədricən ləğvi prosesi baş verir. K.-in əsas prinsipi – “hər kəsdən bacarığına, hər kəsə tələbatına görə” ifadəsində əksini tapır. Bununla belə, SSRİ və sosialist düşərgəsinin digər ölkələrinin acı təcrübəsi göstərir ki, K. yalnız gözəl bir utopiyadır.
See also:
Tarix terminləri lüğəti