Reklam
Reklam

Tarix terminləri lüğəti

kollegiya

lat. collegium < con – birgə, birlikdə + lego – oxuma, seçmə

1. Qədim Romada insanların birgə dini ibadət məqsədilə yaratdıqları və ya eyni peşədən olan şəxslərin formalaşdırdıqları ittifaq.

Belə K.-ların üzvləri bir-birinə qohum qədər yaxın olublar.

2. Öz səlahiyyətlərinə aid məsələləri birgə həll etmək hüququna malik şəxslər qrupu, kollektiv orqan.

3. Rusiyada I Pyotrun yaratdığı və ayrı-ayrı sahələrə rəhbərliyi həyata keçirən dövlət idarələri.

İmperatora və senata tabe olan K.-lar 1802-ci ildə nazirliklərin yaradılması ilə əlaqədar ləğv edilib.

Tarix terminləri lüğəti