XV əsrin sonu – XVI əsrdə İngiltərədə səfil və dilənçilərə qarşı dövlət tərəfindən qəbul edilmiş qanunlar.
Bu qanunlar səfil həyat tərzi keçirənlərin sərt şəkildə cəzalandırılmasını nəzərdə tutduğu üçün onlara “qanlı qanunlar” da deyilib. İ.Q., ilk növbədə, aqrar çevriliş və çəpərləmələr nəticəsində var-yoxdan çıxaraq dilənçi kökünə düşmüş kəndliləri iş tapmağa məcbur etməyə yönəlib. Bu proses ölkədə cinayətkarlığın kəskin surətdə artmasına və on minlərdən narazı insandan ibarət böyük kütlənin yaranmasına səbəb olub.
Tarix terminləri lüğəti